Vergi müvəkkilinin xidmətlərindən istifadə edən vergi ödəyicisinin hüquq və vəzifələri
Vergi müvəkkilinin xidmətlərindən istifadə edən vergi ödəyicisinin hüquq və vəzifələri
– Vergi qanunvericiliyində və inzibatçılığında olan dəyişikliklər barədə vergi vasitəçiləri tərəfindən əvəzsiz məlumatlandırılmaq;
– könüllü olaraq azad seçim əsasında nümunəvi formaya uyğun olaraq vergi müvəkkili ilə bir və ya bir neçə istiqamətdə xidmət almaq üçün müqavilə bağlamaq, həmin müqaviləyə xitam vermək;
– xidmət aldığı məsələlərlə bağlı vergi orqanında yaranan uyğunsuzluqlar üzrə vergi vasitəçisindən onu vergi orqanında təmsil etməyi və uyğunsuzluğu qanun çərçivəsində həll etməyi tələb etmək;
– müqavilənin predmeti üzrə zəruri məlumatları və sənədləri vergi müvəkkilinə təqdim etmək.