Beynəlxalq təcrübədə vergi müvəkkiliyi
Beynəlxalq təcrübədə vergi orqanları birbaşa vergi ödəyiciləri ilə ünsiyyətə girərək onlarla əlaqələr qurmaqdansa vergi müvəkkilləri ilə qarşılıqlı əlaqələr qurmaqla könüllü əməletmənin təşkili istiqamətində tədbirlər görürlər.
Avropada 200,000-dən artıq vergi müvəkkili fəaliyyət göstərir. Vergi məsləhətçilərinin (vergi müvəkkillərinin) Avropa Konfederasiyası (CFE) – 1959-cu ildə təsis edilmişdir və Brüssel şəhərində yerləşir. CFE 200,000-dən çox vergi məsləhətçisini təmsil edən, 26 ölkənin 33 milli təşkilatlatını birləşdirir. Üzvlər: Avstriya, Belçika, Xorvatiya, Çex Respublikası, Finlandiya, Fransa, İrlandiya, İtaliya (2 təşkilat), Latviya, Litva (müşahidəçi), Lüksemburq, Malta, Monteneqro (müşahidəçi), Polşa, Portuqaliya, Rumıniya, Rusiya Federasiyası, San-Marino, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, İsveçrə, Niderland, Ukrayna, Böyük Britaniya, Özbəkistan və sairə. (https://taxadviserseurope.org)