Xidmətlər
Vergi ödəyicisi ilə bağlanılan müqaviləyə uyğun olaraq ona aşağıdakı istiqamətlər üzrə, lakin bunlarla məhdudlaşdırılmayan xidmətlər göstərə bilərik:
- Sifarişçinin tapşırığına əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş dövr, müddət və mütəmadilik əsasında Sifarişçinin vergi qanunvericiliyinə, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericiliklərinə əməl edilməsinin düzgünlüyünün yoxlanılması xidməti;
- Gəlir və xərclərin uçotunun aparılması xidməti;
- Layihələr üzrə ayrılıqda və ya ümumilikdə sahibkarlıq fəaliyyəti üzrə vergilərin hesablanması xidməti;
- Bəyannamələrin hazırlanması xidməti;
- Bəyannamələrin göndərilməsi xidməti;
- Uyğunsuzluqların aradan qaldırılması üzrə xidmətlər;
- Qanunvericiliyin tələblərinin vergi ödəyicilərinə çatdırılması xidməti;
- Vergi ödəyicisinə onun faəliyyətinin təşkili sahəsində göstərilən məsləhət xidməti.
- Vergi orqanlarında sənədləşmə xidməti;