Vergi müvəkkilliyi nədir?
Vergi müvəkkiliyi – dünyanın əksər ölkələrində hüquqi və fiziki şəxslərə göstərilən vergi xidmətlərinin beynəlxalq standartı, habelə, sahibkarlıq fəaliyyətinin bir növüdür.
Vergi müvəkkilləri, vergi ödəyicilərinin vergi öhdəliklərini yerinə yetirməsində onlara metodiki və əməli köməklik göstərməklə yanaşı vergi ödəyicilərinin məsuliyyətinidə öz üzərinə götürməklə vergi orqanları ilə vergi ödəyiciləri arasında körpü rolunu oynayır.
Vergi ödəyiciləri öz fəaliyyətlərinə digər audit şirkətlərindən fərqli olaraq vergi müvəkkilini cəlb edərək vergi qanunvericiliyinin tətbiqi ilə bağlı işlərini (vəzifələrini) vergi müvəkkilinə həvalə edir. Nəticədə vergi ödəyicisi vergilərin hesablanması, bəyannamələrin hazırlanması, uyğunsuzluqların aradan qaldırılması, müəyyən edilmiş dövr və mütəmadilik əsasında vergi nəzarətinin həyata keçirilməsi və digər xidmətlərdən yararlanmaqla yanaşı bu dövrdə vergi qanunvericiliyin pozulması səbəbindən baş verəcək maliyyə itkilərindən o cümlədən maliyyə sanksiyalarından, vergi nəzarəti tədbirləri üzrə izahatlardan, səyyar və kameral yoxlamalardan və əlavə yazışmalardan azad olur.